Bananı içliklə doldurmaq üsulu icad olunub - FOTO
5.9.2014

Bananı kifayət qədər şirin hesab etməyənlər üçün argentinalı dizayner Sebastyan Berger bu meyvəyə istənilən şirin içlik əlavə edəcək xüsusi DestapaBanana qadjet hazırlayıb.

Zahirən almanın içini çıxarmaq üçün mexanizmi xatırladan qadjet bananın qabığını soymadan onun ortasında silindirvari dəlik yaratmağa imkan verir. Bu dəlik şokolad, mürəbbə, yoqurt və digər meyvələr kimi bir sıra inqridiyentlərlə doldurula bilər.

Nəticədə kifayət qədər qidalı və orijinal desert alınır.

Oxu.az