Məşhur türk müğənnisi Şamaxıda konsert verəcək
5.9.2014

Türkiyəli məşhur müğənni Petek Dinçöz Azərbaycana gələcək.

Gələn ay baş tutacaq səfərin məqsədi müğənninin konsert proqramı ilə çıxış etməsidir. Konsert 5 oktyabr tarixində hotellərdən birində keçiriləcək.

Qeyd edək ki, Petek Dinçöz 2014-cü ilin başlanmasını da Qəbələdə konsert verərək azərbaycanlı sevənləri ilə birgə qarşılamışdı.

Gün.Az