Azərbaycanda ilk iş günü üçün hava proqnozu açıqlanıb
8.9.2014

Həftənin ilk iş günü Azərbaycanda hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər ki, Bakıda və Abşeron yarımadasında sentyabırın 8-də havanın dəyişkən buludlu olacağı, , yağmursuz olacağı gözlənilir.

Temperaturun gecə 17-22° isti, gündüz 28-33° isti olacağı ehtimalı var. Bakıda gecə 18-20° isti, gündüz 31-33° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75 faiz, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26° isti, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti təşkil edəcək.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 18-23° isti, gündüz 31-36° isti olacağı ehtimalı var.

Gün.Az