Novruz bayramınız mübarək!
19.3.2012

Bayramlar… Onların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Lakin bu bayramlar sırasında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də Novruz bayramıdır.

Novruz, novruz bahara,
Güllər, güllər nübara,
Bağçamızda gül olsun,
Gül olsun bülbül olsun,
Bahar gəldi, Bahar gəldi, Xoş gəldi,
Xəstə könül onu görcək dirçəldi.

Novruz bayramı yadda bolluq, xeyirxahlıq, gözəllik bayramı kimi qalır. Bu əziz bayram münasibəti ilə GoMap.az portalının bütün kollektivi hər bir azərbaycanlıya, hər bir ölkə vətəndaşına, onların ailələrinə səadət, firavanlıq, cansağlığı arzu edir və uğurlar diləyir. Bayramınız mübarək...