Toyda yeməyə qızıl verdilər - FOTO
8.9.2014

Türkiyədə qeyri-adi hadisə baş verib. Ankaranın tanınmış işadamlarından Talat Sam, oğlunun toyu üçün Səudiyyə Ərəbistandakı şeyx müştərisinin hədiyyə göndərdiyi tortdan qonaqlara təqdim edib.

Türkiyədə əslində hədiyyə olaraq qonaqlar yeni evlənən cütlüklərə qızıl taxırlar. Ancaq bu dəfə əksinə olub. Tortun üzərində 250 qramlıq yeməli qızıl olub. Dəyəri təxminən 20 min lirə olan qızıl parçalar toya gələn qonaqları xeyli təəccübləndirib.

Talat Sam ərəb şeyxi ilə dostluq əlaqələri olduğunu və bu jestin onu xeyli duygulandırdığını ifadə edib.



ANS PRESS