İngiltərə kral ailəsini sevindirən xəbər yayılıb. Kraliça II Yelizavettanın nəvəsi şahzadə Uilyamın həyat yoldaşı Keyt Midelton ikinci uşağına hamilədir.
Kembric hersoqinyasının hamiləlik xəbəri kral sarayı tərəfindən yayılıb. Saraydan verilən açıqlamada qeyd edilib ki, Yelizavetta bu xəbərdən çox məmnun qalıb.
K.Mideltonun ilk hamiləliyində olduğu kimi bu dəfə də şiddətli ürək bulanmaları olduğu, bunun üçün müalicə aldığı qeyd edilir.
Qeyd edək ki, şahzadə Uilyam və Keyt Mideltonun ilk körpəsi olan Corc ötən ilin yayında dünyaya gəlib.
ANS PRESS