Musiqisevərləri Azərbaycan Dövlət Filarmoniyasında maraqlı konsertlər gözləyir
9.9.2014

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının sentyabr repertuarı zəngindir.

Filarmoniyanın mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 15-də Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri çıxış edəcək.

Bu məkanda sentyabrın 18-də Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı açılacaq. Sentyabrın 19, 20, 22, 26 tarixlərində sözügedən beynəlxalq festival çərçivəsində konsertlər olacaq. Həmçinin filarmoniyanın kamera və orqan musiqisi zalında da sentyabrın 20, 21, 23, 27 tarixlərində festival çərçivəsində konsertlər təqdim ediləcək.

Bu müddətdə musiqisevərlər yerli və xarici incəsənət ustalarının, musiqi kollektivlərinin çıxışlarını dinləmək imkanı qazanacaqlar.

AzərTAc