Azərbaycan hökumətinin hələlik "Xruşovka"ların sökülməsi ilə bağlı planı
yoxdur. Bu barədə bazar ertəsi jurnalistlərə Baş nazirin müavinin Abid
Şərifov bildirib.
"Xruşovka"ların sökülməsi ilə bağlı plan yoxdur. Ölkə hökuməti bu
məsələ, eləcə də sürüşmələrlə bağlı müvafiq proqram hazırlayır", -
Şərifov deyib.
Bakıda "Xruşovka"ların sökülməsinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də ehtiyac görmür.
Bir az əvvəl Komitə sədrinin müavinin Dövlətxan Dövlətxanovun Trend-ə
dediyi kimi, bu binalar 50 il istismar olunmaq üçün nəzərdə tutulub və
böyük davamlılığa malikdirlər.
Trend