Azərbaycanda hələlik "Xruşovka"ların sökülməsi planlaşdırılmır – Baş nazirin müavini
19.3.2012

Azərbaycan hökumətinin hələlik "Xruşovka"ların sökülməsi ilə bağlı planı yoxdur. Bu barədə bazar ertəsi jurnalistlərə Baş nazirin müavinin Abid Şərifov bildirib.

"Xruşovka"ların sökülməsi ilə bağlı plan yoxdur. Ölkə hökuməti bu məsələ, eləcə də sürüşmələrlə bağlı müvafiq proqram hazırlayır", - Şərifov deyib.

Bakıda "Xruşovka"ların sökülməsinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də ehtiyac görmür.

Bir az əvvəl Komitə sədrinin müavinin Dövlətxan Dövlətxanovun Trend-ə dediyi kimi, bu binalar 50 il istismar olunmaq üçün nəzərdə tutulub və böyük davamlılığa malikdirlər.

Trend