Sentyabrın 20-si Bakıda “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimi keçiriləcək
9.9.2014

Sentyabrın 20-si Bakıda “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi layihəsi üzrə təməlqoyma mərasimi baş tutacaq.

Bu barədə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

“Bu addım “Şah-Dəniz” qazının “Səngəçal” terminalından Türkiyəyə, oradan isə Avropaya nəqlini nəzərdə tutur”, - deyə R. Abdullayev bildirib.

ARDNŞ prezidenti əlavə edib ki, 2015-ci ilin əvvəlində Türkiyədə Trans-Anadolu boru kəməri (TANAP) layihəsinin təməlqoyma mərasimi keçiriləcək: “Artıq bununla bağlı planlaşdırılma, geologiya işləri aparılır. Lazımi tenderlər elan olunub. Tikinti və yaşayış üçün düşərgələr salınıb. Aprelin ilk günlərindən isə artıq sahə işlərinə başlanacaq”, - deyə R. Abdullayev qeyd edib.

APA