Günün qoroskopu
10.9.2014

Qoç - başladığınız işləri yarımçıq qoymayın. Ötən həftənin probleminin indi gündəmdə qalan fəsadlarını aradan qaldırın. Yaxın vaxtlarda situasiya intensivləşə bilər. Qəfil işgüzar təkliflər ala bilərsiniz.

İşlərdə diqqətli məşğul olun, xəyallara dalmayın, illüziyalara qapılmayın.
Peşəkər fəaliyyətinizlə bağlı məsələlərdə qətiyyətli olun. Aldığınız dəvətlərdən imtina etməyin.

Günün ikinci yarısında sakitliyə, istirahətə ehtiyac yaranacaq. Tək qalmaq istəyəcəksiniz. Səs-küy, tələskənlikdən uzaq durun. Gerçəkdən də, mühüm işlərlə məşğul olun. Gələcəklə bağlı planlar qura bilərsiniz.

Buğa - günün ilk yarısı uğurlu olacaq. Mühüm işgüzar görüşlər və ya danışıqların sonucu pis olmayacaq. Dinamik, aktiv olun. Rəqibləri üstələməyə çalışın.

Saatlar keçdikcə mənfi təmayüllərin təsiri güclənəcək. İşdə fikir ayrılıqları və mübahisələr istisna deyil. Ailədəki anlaşılmazlıqların münaqişəyə dönməsinin qarşısını alın.

Günün ikinci yarısında əhvalınız pozula, səhhətiniz korlana bilər. Xroniki ağrıların kəskinləşməsi sizi qorxutmasın. Uzaq səfərə yollanmaq, ağır fiziki işlə məşğul olmaq məsləhət deyil. Özünüzü qoruyun.

Əkizlər - gərgin, çətin gündür. Həftənin ən ağır zamanı da sayıla bilər. Cari işlərə diqqəti yönəltmək asan deyil. Maksimum dərəcədə sərvaxt olun, xırda məsələlər və detalların nəzərdən qaçmasına imkan verməyin. Əks təqdirdə yanlışlıqlar ola bilər.
Sizi dəstəkləyən insanlarla münasibətləri korlamayın.

Günün ikinci yarısında yeni layihəyə başlamayın. Genişmiqyaslı işlərin hazırlıq prosesinə start vermək, planları müttəfiqlərlə müzakirə etmək olar. Yaxın ətrafınızdakı insanların verdikləri vədlərə çox inanmayın. Bu adamların arasında çox az şəxs sözlərinin üstündə dura biləcəklər.

Xərçəng - tamamilə yeni, fərqli işə başlamaq üçün əlverişli zamandır. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Geniş dünyagörüşlü olun. Yeni tanışlıqlar istisna deyil. Sizi indiyədək tanımayan insanın rəğbətini qazanmağa çalışın.

Günün ikinci yarısında alış-veriş etmək olar. Qeyri-adi, orijinal nəsnələr sizi cəlb edəcək. Aldığınız əşyalara heyfislənməyin.

Ünsiyyət üçün münasib zamandır. Sizə əsla bənzəməyən insanlarla da dil tapmağa çalışın. Hansısa məsələlərdə sizə tam əks mövqe tutan insanla təmaslarda diqqətli olun. Bu yaxınlarda mübahisə etdiyiniz insanla barışa bilərsiniz.

Şir - işdə yaranan müəyyən anlaşılmazlıqlara rəğmən qarşınıza qoyduğunuz məqsədlərə doğru sürətlə irəliləyin. Tapşırıqlarla sifarişləri vaxtında yerinə yetirin. Çətin problemləri həll etmək mümkündür. Yaxın ətrafınızdakı insanlarla sürəkli müqayisə etməyin.

Günün ikinci yarısında kimsəyə fikir vermədən müstəqil çalışın. Yalnız belə olarsa, uğur qazanacaqsınız. Maliyyə fonunda müsbət irəliləyişlər olmayacaq. Gəlirlərdə gecikmələr ola bilər.

İşdə vaxtından artıq çalışmayın. Yaxınlarınızın sizə ehtiyacı var. Bir qədər istirahət etməyi unutmayın. Romantik təmaslar ümidləri doğrultmayacaq. Təşəbbüskar olun, münasibətlərin normallaşdırılması üçün səy göstərin.

Qız - müsbət təmayüllərin təsiri güclənəcək. Gün uğurludur. Aktiv davransanız, niyyətinizə çata bilərsiniz. Yaxın ətrafınızdakı insanlara sərt iradlar ünvanlamayın. Təşəxxüs və eqosentrizm yolverilməzdir. Planlaşdırdığınız işləri başa vurun. Artıqlaması ilə çalışın.
Günün ikinci yarısında yeni sifarişlər və ya tapşırıqlar ola bilər.

Şəxsi münasibətlər rəvandır. Münaqişələr yaranmasa da, situasiyanın normallığı ilə bağlı hiss yaranmayacaq. İşlərinizə yetərincə vaxt ayırın. Qısamüddətli səfərlərə yollanmaq olar. Uzunmüddətli səyahəti təxirə salın.

Tərəzi - ideyalarınızdan birini reallaşdıra bilərsiniz. Ən fantastik planın da həyata keçirilmə şansı var. İstənilən situsiyadan fayda əldə etməyə can atın. İşgüzar intuisiyanız iti olmalıdır. Əməkdaşlıq edəcəyiniz insanı diqqətlə seçin. Sərmayə obyektində yanılmayın. Anlaşma və sövdələşəmələrdə sayıq davranın.

Sizə məsləhət üçün müraciət edəcəklər. Hətta sizdən təcrübəli insanlar belə, sözlərinizdən faydalana bilərlər.
Günün ikinci yarısı şəxsi münasibətlər üçün münasibdir. Eqoist olmayın, amma öz maraqlarınızın təminatını da unutmayın.
Axşam saatlarında gəzinti əhvalınızı yaxşılaşdıra bilər.

Əqrəb - düşünülməmiş addımlar atmayın, qəfil hərəkətlər etməyin. Planlarınızı köklü şəkildə dəyişməyin. İndiyədək məhsuldar və effektiv çalışdığınız insanlarla tərəfdaşlığı dayandırmayın. İşlərdə daimilik, prinsiplərə sədaqət və qarşınıza qoyduğunuz məqsədlərə çatmaq istəyi təqdir olunması ünsürlərdir.

Dəyər verdiyiniz insanların etimadını qazanmağa çalışın.
Günün ikinci yarısında ailə işlərinə ciddi yanaşın. Bu işlərin öhdəsindən sizdən yaxşı kimsə gəlməyəcək. Qohumların qəfil viziti, uşaqlıq dostları ilə görüş ola bilər.

Dürüst davranış modelini seçin. Ünsiyyətdə aktiv olun. Amma kiminsə sizdən sui-istifadə etməsinə imkan verməyin.

Oxatan - əvvəllər arzu etməyə belə, cəsarət göstərmədiyiniz məqamlar indi reallaşa bilər. Situasiyanın yaxşılaşmasını gözləməyin. Fəal olun, hərəkətə keçin. Qətiyyətli və ötkəm olun. Niyyətinizə çata bilərsiniz - şanslar az deyil.
Səfər, habelə planlaşdırılmamış səyahət pis alınmayacaq.

Günün ikinci yarısında sərfəli anlaşmaya, sövdələşməyə nail olmaq mümkündür.

Yaşam potensialınızın səviyyəsi çox aşağı düşəcək. Səhhətinizdə ciddi problemlər istisnadır. Adi günlərdən fərqli olaraq daha tez yorulacaqsınız. Axşam saatlarında ağır işdən uzaq durun. Ağır yük qaldırmayın.

Oğlaq - ifrat aktivlik məsləhət deyil. Yeni, genişmiqyaslı işə başlamayın. Konkret layihəni ixtisara salmaq mümkündür. Vədlər verməyin, öhdəliklərə boyun olmayın. İşdə durumu real dəyərləndirin.

Başqalarının illüziyalarının qurbanına çevrilməyin.

Günün ikinci yarısında məişət zəminində mübahisələr istisna deyil. Belə mübahisənin yaxınlarınızla münaqişəyə çevrilməsinə imkan verməyin. Sakit və soyuqqanlı olun. Mənfi emosiyaların məntiqi üstələməsi arzuolunmaz ssenaridir. Əsəb gərginliyinin əsas səbəbi, sadəcə, yorğunluqdur.

Dolça - uğurlu təsadüflər istisna deyil. Çoxdan bəri həyata keçirmək istədiyiniz planı reallaşdırmaq imkanları var. Əlverişsiz şərait, bədxahlar və rəqiblərin məkrli addımlarına fikir verməyin. Güclü rəqiblərlə qarşılaşmada belə, geri çəkilməyin. Uğursuz situasiyada da qalib ola bilərsiniz.

Günün ikinci yarısında hiyləgər və fəndgir olun. Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Yorğunluq hiss etməyəcəksiniz. Gərgin iş və ya yerinə yetiriləsi tapşırıqları qulaqardına vurmayın.

Axşam saatları aktiv istirahət üçün əlverişlidir.

Balıqlar - ən böyük çətinlik emosional fonun əlverişsiz olmasıdır. Hətta ən sakit halda davransanız da, deyilənlər sizi təbdən çıxara bilər. Təxribata uymayın, soyuqqanlı olun. Ünsiyyət çevrənizi məhdudlaşdırın.

Sizi qıcıqlandıran insanlarla təmaslardan uzaq durun. İstənilən məsələ ilə bağlı sizə nöqsanlarınız və çatışmazlıqlarınızdan bəhs edən insanlarla əlaqələri zəiflədin.

Günün ikinci yarısında maliyyə problemləri yaranacaq. Reallıq hissini unutmayın. Planlaşdırılmamış səfərə yollanmayın.

Milli.Az