“Coca-Cola”nı nə üçün içmək olmaz?
10.9.2014

Bir çoxları “Cola”nı xoşlayır, lakin bilmirlər ki, onu içmək olmaz. Bu içkidən bir neçə qurtum içdikdən sonra insanların 70 faizində qıcqırma baş verir.

“Cola”nı uzun müddət içdikdə qadınlarda sonsuzluq, kişilərdə isə impotensiya yaranır.

Bəlkə də eşitmisiniz ki, “Coca-Cola” təmizləyici vasitəni əvəz edir. Bəziləri ondan çaydanın dibində və divarlarında yaranan ərpi təmizləmək üçün istifadə edir.

Əgər biz “Coca-Cola” şüşəsinin içinə nanəli saqqız atsaq, o, sözün həqiqi mənasında partlayacaq və butulkadan bayıra fontan vuracaq. Bu mənzərəyə baxmaq nə qədər maraqlı olsa da, onu saqqız çeynəyərək içdikdə insan orqanizmində nələr baş verdiyini təsəvvür etmək bir o qədər acınacaqlı olar.

Biz “Coca-Cola” bir qayda olaraq sərin vəziyyətdə, bəzən isə buz ilə içirik. Belə olan halda, yeməyin həzm müddəti bir neçə dəfə azalır. Nəticədə aclıq hissi artır və biz yenə yemək istəyirik. Belə hallar adətən piylənməyə gətirib çıxarır.

Bununla yanaşı, mədədə çürümə prosesi başlayır. İsti “Cola” əlbəttə ki, aclıq hissini artırmır, lakin onda da şəkəri əvəz edən pereparat – aspartam var. Bu komponent insan orqanizmi üçün son dərəcə təhlükəlidir.
Yeri gəlmişkən, əvvəllər “Cola”nı hamıya kokain kimi məlum olan bitkidən hazırlayırdılar. Bu içkinin təyinatı sinir pozğunluğundan xilas olmaq idi. Hazırki “Cola” isə başqa tərkibdədir, o, əvvəlkindən daha az təhlükəlidir. Lakin bunun da orqanizmə mənfi təsiri var.

İndi özünüz düşünün! Bir neçə dəqiqəlik həzz, sağlamlıqla bağlı sonrakı prorblemlərə dəyərmi?

Gün.Az