Azərbaycan yığması Bolqarıstana yenildi – 1:2
10.9.2014

Dünən futbol üzrə Avropa Çempionatı-2016-nın seçmə oyunlarına start verilib.

Azərbaycan yığması doğma divarlar arasında Bolqarıstan millisini qəbul edib.

Oyun yığmamız üçün heç də yaxşı başlamayıb. Belə ki, bolqar futbolçu Ilian Micanski 14-cü dəqiqədə qapıçı Kamran Ağayevi məyus edib. İlk hissə bolqarların 0:1 hesablı üstünlüyü ilə başa çatıb.

İkinci hissədə komandamız özünə gələrək hesabda tarazlığı bərpa edib. Bu dəfə də əslən bolqar futbolçu fərqlənməyə imkan tapıb. Yığmanın yeni milliləşdirilən bolqar futbolçusu Dmitri Nazarov 54-cü dəqiqədə baxımlı qola imza atıb.

Lakin oyunda bərabərlik 87-ci dəqiqəyədək davam edib. Ventsislav Hristov baş zərbəsi ilə komandamızı məğlub duruma salıb. Və yığmamız təsnifat mərhələsinin ilk oyununda stadionu başı aşağı tərk edib – 1:2.

Gün.Az