Bakıda arıçılıq məhsullarının sərgi satış yarmarkası keçiriləcək
11.9.2014

Oktyabrın 1-dən 30-dək Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək.

Yarmarka Nizami küçəsi, 92 ünvanda (metronun “28 may” stansiyasının yaxınlığında, keçmiş “Ayaqqabı fabriki”nin binası) keçiriləcək.

Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını sentyabr ayının 10-dan 25-dək sənədlərlə birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.

Arıçılardan şəxsiyyət vəsiqəsi, arıxananın baytarlıq pasportu (şəhadətnaməsi), rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə, yarmarkaya gətirilmiş arıçılıq məhsullarının Zona Baytarlıq Laboratoriyasında müayinəsi haqqında ekspertiza sənədi tələb olunur.

Nazirlikdən bildirilib ki, ancaq qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq.

Eyni zamanda 2014-cü il sentyabr aynıın 29-da arıçılığa həsr edilmiş seminarın keçirilməsi nəzərdə tutulur və seminarın sonunda şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin püşkatması keçiriləcək.

gun.az