Türkiyədə əcaib quzu doğulub. GoMap-ın Lent.az saytına istinadən
verdiyi məlumata görə, Kırıkkalenin Balışeyh rayonunun Dikmen kəndində
doğulan 4 qulaqlı quzu görənləri təəccübləndirir.
Quzunun ağzı çənəsindən ayrıldığı üçün yemək yeməkdə çətinlik çəkir.
Quzunun sahibi Kırıkkale Kənd Təsərrüfatı Dərnəyinin sədri, özü də
fermer olan Adnan Yılmazer ilk dəfə belə bir olayla üzləşdiyini
söyləyib.
Quzunu əmziklə bəslədiklərini bildirən Adnan Yılmazer heyvanı yaşatmaq
üçün əllərindən gələni etdiklərini dilə gətirib. O, Akkarman cinsindən
olan qoyunun dünyaya gətirdiyi quzuya “Qərib” adını verdiklərini qeyd
edib.