Nüfuzlu "Miss Globe International" 89-cu beynəlxalq gözəllik
müsabiqəsinin finalçıları Bakıya gəlişləri barədə təəssüratlarını
bölüşüblər.
Diana Moryakova (Belarus): "Mən Bakıya gəlişimə görə
fantastik xoş əhval-ruhiyyədəyəm! Xeyli təəssürat, emosiya, drayv, hər
şey xəyallarda olduğu kimidir. Bakı əsl cənnət guşəsidir".
Darya Nesterkina (Rusiya): "Bakı qeyri-adi memralığı olan çox günəşli, gözəl və yaşıl şəhərdir. Mən sizin paytaxtınıza heyran olmuşam!"
Nərgizə Davıdova (Özbəkistan): "Mən sizin gözəl və
mehriban şəhərinizə üçüncü dəfə gəlirəm. Burada özümü çox yaxşı hiss
edirəm. Dənizkənarı Milli Park və "Khazar Islands" süni arxipelaqındakı
istirahət mərkəzi çox xoşuma gəldi. Burada hər şey nağıllardakı
kimidir".
Anastasiya Kostiç (Ukrayna): "Bakının gözəlliyini və
zənginliyini, qədim görməli yerlərini, xeyirxah insanlarını, gözəl
qadınlarını və xoşagəlimli kişilərini bir neçə sözlə təsvir etmək mümkün
deyil. Mən sadəcə olaraq Bakıya heyran qalmışam!"
Elen Qamkrelidze (Gürcüstan): "Qonşu olmağımıza
baxmayaraq, Bakıya ilk dəfədir gəlirəm və yenidən burada olmağı
arzulayıram. Mən gördüklərimdən, insanların qonaqpərvərliyindən əsl şoka
düşmüşəm, milli mətbəx isə ümumiyyətlə əladır!"
Məryəm Carra (Qambiya): "Mən əvvəllər belə gözəl
şəhərin olduğunu heç bilmirdim və buna görə də dəvətə görə
təşkilatçılara təşəkkürümü bildirirəm. Mən burada həmişə xatirəmdə
qalacaq xeyli təəssürat əldə etmişəm".
Emili Koral Ellis (Böyük Britaniya): "Bakı çox
inkişaf etmiş şəhərdir, hər yerdə tikinti işləri aparılır, üstəlik,
milli arxitektura qorunub saxlanılır. Bu, əsl Avropa şəhəridir".
Esma Voloder (Avstraliya): "Mən Avropa və Asiyanın
qovşağındakı yeni qitədəyəm, Bakı isə mənim bütün gözləntilərimi
üstələdi. Gözəl dəniz kənarı, qonaqpərvər və mehriban insanlar, hər şey
ən yüksək səviyyədədir. Hər kəsə bu gözəl şəhərə səfər etməyi məsləhət
görürəm".
Rupa Kruana (Hindistan): "Mən Bakıya ilk baxışdan
vuruldum. Günəşli hava, hər şey təmiz və səliqəli, çox xeyirxah insanlar
və burada hind filmlərini sevdiklərini və Bollivudun bütün ulduzlarının
hamısını tanıdıqlarını öyrənəndə çox sevindim".
Cozel Villa (Meksika): "Bu, təkrar-təkrar qayıtmaq
istədiyin şəhərdir. Mən gördüm ki, burada böyük tikinti işləri aparılır,
buna görə də 20 ildən sonra bura qayıdaraq şəhərin necə dəyişdiyini
görmək istərdim".
Pritsess Edelin Ramos (Filippin): "Mənim İçərişəhər
çox xoşuma gəldi. Oranın çox qeyri-adi qədim şərq arxitekturası var.
Dəniz sahili isə istirahət üçün fantastik məkandır".
Şeyslend Dos Santos Reys (Braziliya): "Sizin çox
temperamentli və xeyirxah insanlarınız var, bizə çox bənzəyirsiniz. Bakı
çox xoşuma gəldi, çox rahat və yaxşı şəhərdir".
"Miss Globe International" müsabiqəsinin finalı ilk dəfə olaraq
Azərbaycanda sentyabrın 14-də "Baku Crystall Hall"da keçiriləcək.
Müsabiqə RGA (prezident Rasim Aydın) və Z COMPANY 2007 (prezident Zamiq
Yunisov) şirkətləri tərəfindən təşkil edilib. Müsabiqədə 120 ölkənin
nümayəndəsinin iştirakı gözlənilir.
Müsabiqənin finalında iştirak etmək üçün xüsusi olaraq Bakıya məşhur
ifaçılar və aktyorlar gələcəklər. Onların arasında Demet Akalın, Gürkan
Uyqun, Gökhan Özen, Kaan Gülsoy və İnna, rəqqasə Asena və Rumıniyanın
"Radio Killer" qrupu var. Müsabiqə dünyanın 70-dən çox ölkəsində
yayımlanacaq. Baş sponsor "Khazar Islands"dır.
"Miss Globe International" dünyada məşhur olan gözəllik
müsabiqəsidir. Müsabiqədə irqindən, dinindən və milliyətindən asılı
olmayaraq 18-24 yaşlı subay qızlar iştirak edirlər. Müsabiqə ilk dəfə
1925-ci ildə İstanbulda keçirilib.
Biletlərin əldə edilməsi məsələləri üzrə əlaqə nömrələri: (012) 596 62 49, (077) 498 00 00
Müsabiqənin informasiya dəstəyi Trend, Day.az və Milli.az-dır.
trend.az