“İRƏLİ” dil kurslarına start verdi
12.9.2014

“İRƏLİ” İctimai Birliyi “Layihələrlə iş üzrə katiblik” nəzdində təmənnasız olaraq rus, italyan və ərəb dili kurslarına start verir.

Layihənin əsas məqsədi gənclərin xarici dil biliklərinin gücləndiriliməsinə və təkmilləşdirilməsinə yardımçı olmaqdır.

Dil kusrlarında iştirak edib, rus, italyan və ya ərəb dilini öyrənmək istəyən şəxslər CV formalarını language@ireli.az ünvanına göndərməlidirlər.

Gənclər keçirilən kurslar zamanı biliklərindən əlavə olaraq həmin ölkələrin mədəniyyəti və tarixi ilə də tanış olacaqlar, müzakirə, kino klublarında iştirak edəcəklər.

Dərslər həftədə 2 dəfə olmaqla 6 ay müddətində davam edəcək. Dil kurslarını müvəffəqiyyətlə bitirən şəxslər sertifikatla təltif olunacaqlar.

Qeyd edək ki, “İrəli” İctimai Birliyi iki ay ərzində fransız, yapon və ingilis dili kurslarına start verəcək.

Layihədə iştirak etmək istəyənlər üçün son müraciət tarixi 21.09.2014-cü ildir.

Xatırladaq ki, “İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.

Gün.Az