“Burger King” restoranlar şəbəkəsinin Yaponiya nümayəndəliyi sentyabrın 19-da iki qara hamburger növünü müştərilərin ixtiyarına verəcək.
Yeni fəst-fudun tərkibinə qara bulka və ərgin qara pendir daxildir.
İnqredientlərin bir hissəsi kalmar mürəkkəbi və bambuk kömürü ilə rənglənəcək. Yeni burqerlər “Mirvari” və “Almaz” adlanacaq.
Qeyd edək ki, pomidor, soğan və göyərti öz təbii rənglərində qalacaq.
Gün.Az