Turan Cavidin xatirəsinə həsr olunmuş sərgi açılıb
12.9.2014

AMEA Hüseyn Cavidin Ev Muzeyində Hüseyn Cavidin qızı, dəyərli muzeyşünas, pedaqoq, mətnşünas, teatrşünas, Cavidlər ailəsinin layiqli davamçısı olan Turan Cavidin xatirəsinə həsr olunmuş sərgi açılıb.

Muzeydən verilən məlumata görə, sərgidə Turan Cavidin həyatı və fəaliyyətini əks etdirən şəkillərdən ibarət fotoslayd, ona məxsus müxtəlif əşyalar və sənədlər nümayiş olunur.

Sərgi sentyabrın 22-nə qədər davam edəcək.

APA