Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov 9 oktyabr - Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranmasının 140-cı ildönümünün Azərbaycanda keçirilməsi ilə əlaqədar Tədbirlər Planını təsdiqləyib.
Nazirlikdən verilən məlumata görə, tədbirlər planında oktyabrın 9-da ÜPİ-nin yaranmasının 140-cı ildönümü münasibəti ilə “Azərpoçt” MMC-də xüsusi tədbirin keçirilməsi, TV kanallarında veteran poçt işçilərinin iştirakı ilə verilişlərin təşkili və tədbirlə əlaqədar görülən işlərin KİV-də işıqlandırılması, Azərbaycan poçtunun ÜPİ və digər beynəlxalq poçt təşkilatları ilə əlaqələrinin inkişafında xüsusi fərqlənən əməkdaşların nazirlik tərəfindən mükafatlandırılması nəzərdə tutulur.
“Azərpoçt” MMC tərəfindən oktyabrın 8-9-da texniki vasitələrin fasiləsiz işləməsi, poçt göndərişlərinin vaxtında çatdırılmasına nəzarətin gücləndirilməsi məqsədi ilə növbətçilik təşkil olunacaq.
APA