Avqustun 24-də Bakıda Qazaxıstana həsr olunmuş fotosərgi açılmışdır.Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş sərgi
ölkənin müstəqilliyinin 20-ci və Qazaxıstan Konstitusiyanın qəbulunun
16-cı ildönümünə həsr edilmişdir.
Fotosərginin açılış mərasimində Qazaxıstanın Azərbaycandakı səfiri Serik
Primbetov müstəqillik dövründə ölkəsinin qazandığı uğurlardan
danışmışdır. Diplomat Qazaxıstanın ATƏT-də uğurlu sədrliyini və Astanada
bu təşkilatın zirvə toplantısının keçirilməsi faktını xüsusi
vurğulamışdır.
Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan
səfir demişdir ki, iqtisadi-ticari əlaqələr və Qazaxıstanda böyük
Azərbaycan icmasının mövcudluğu bunu tam sübut edir.