Qoç - mübarizəyə hazır olun. Qələbə asan olmayacaq. Müsbət təmayüllərin təsiri saatlar keçdikcə azalacaq. Problemlər və çətinliklərin sayı artır.
Müşkül məqamlar işlə yanaşı, evdə və küçədə də yarana bilər. Maliyyə itkiləri istisna deyil.
Günün ikinci yarısında xərclər nəzərdə tutulduğundan artıq ola bilər.
İşdə həmkarlar və rəhbərliklə münasibətləri korlamayın. Davranışınızı dəyişin, inad etməyin. Belədə bir sıra çətinliklərin yaranmasının qarşısını ala bilərsiniz.
Axşam saatlarında normal istirahət edin.
Buğa - düşünülməmiş addımlar atmayın, tələskənliyə yol verməyin. Günün ilk yarısında önəmli işlərə başlamayın, mühüm qərarlar qəbul etməyin. Emosiyaların təsiri altına düşməyin. Təxribatlara uymayın, hisslərin əsiri olmayın.
Belə davranışınızdan sizə yaxşı heç nə arzulamayan insanlar yararlana bilərlər.
Günün ikinci yarısında etibar etdiyiniz insan sizə zərbə vuracaq. O, hisslərinizi ələ salacaq, sonra da sirrinizi faş edəcək.
Müsbət təmayüllərin təsiri artacaq. Bu yaxınlarda baş vermiş hadisələri təhlil edin, dürüst nəticəyə gəlin. Davranış modelində zəruri dəyişikliklər edin.
Axşam saatlarında romantik münasibətlər istisna deyil.
Əkizlər - günün ilk yarısında başladığınız işlərdə uğur qazana bilərsiniz. Şanslarınızdan yararlanın. Müsbət təmayüllərin təsiri uzun müddət davam etməyəcək. Yaranmış situasiyadan faydalanın. Sürətlə və qısa müddətdə başa vura biləcəyiniz işə üstünlük verin.
Yalnız nüfuzlu müttəfiqlər sizi dəstəkləyərsə, genişmiqyaslı layihələrə başlaya bilərsiniz.
Günün ikinci yarısında tanışlıqlar xoş münasibətlərin əsasını qoya bilər. Karyera müstəvisində irəliləyiş və maliyyə imkanlarını yaxşılaşdırmaq imkanları var.
Axşam saatlarında normal istirahət edin.
Xərçəng - gün asan olmasa da, məhsuldardır. İşlərin çoxluğu və tər içində çalışmaq perspektivi sizi qorxutmasın, çəkindirməsin. Bacarıqlarınızı və peşəkar fəaliyyətdəki imkanlarınızı nümayiş etdirin. Bilin ki, özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışdığınız insan səylərinizi görməyəcək.
Biliklərinizi göstərməkdən çəkinməyin. Özünüzü tərifləməyin.
Günün ikinci yarısında ünsiyyətdə problemlər yarana bilər. Müttəfiq saydığınız insan sizdə təəssüf hissi yaradacaq addım atacaq.
Axşam saatlarında səhhətinizdə problemlərin yaranması istisna deyil.
Şir - son vaxtlar yaranan ideyalardan birini reallaşdırmaq olar. Başladığınız işi bitirin. Yeni tərəfdaşlar və əməkdaşlarla işbirliyi üçün münasib zamandır.
İşgüzar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə irəliləyişlər ola bilər.
Münaqişələrə rəvac verməyin.
Günün ikinci yarısında mübahisələrə qatılmayın. Əks təqdirdə təmaslar sürətlə korlana bilər. Rəqiblərin sayını artırmayın.
Praqmat olun, soyuqqanlı davranın.
Axşam saatlarında gəzintiyə çıxın.
Qız - xoşagəlməz məlumatlar ala bilərsiniz. İşgüzar məsələlərdən biri xeyrinizə həll olunmayacaq. Bütün problemlərə rəğmən sakit olun, təmkininizi pozmayın. Maraqlarınız uğrunda mübarizə aparmaq mənasızdır. Şəraitə uyğunlaşın, situasiyadan faydalanın.
Günün ikinci yarısında anlayacaqsınız ki, situasiya o qədər də əlverişsiz deyil.
Müsbət məqamlar da var. Dəyər verdiyiniz şəxsi münasibətlərin harmonik inkişafına çalışın. Axşam saatlarında xoş sürprizlər ola bilər. Romantik görüş üçün yaxşı zamandır.
Tərəzi - günün ilk yarısında ehtiyatlı olun. Emosional fon stabil deyil. Kənar təsir altına düşməyin, manipulyatorun qurbanına dönməyin. Situsiyanı soyuqqanlı, düşünülmüş şəkildə dəyərləndirin. Təhlükəli vəziyyətdən çıxış yolu tapın.
Günün ikinci yarısında situasiya sakit olacaq. Orijinal ideyalar, cəsarətli niyyətlər ola bilər. İşgüzar intuisiyanız iti olsun. Anlaşma və ya müqaviləni müzakirə edərkən maraqlarınızı unutmayın.
Axşam saatlarında sevdiyiniz insanla birlikdə istirahət edin.
Əqrəb - günün ilk yarısı uğurlu və xoş keçəcək. Sevimli işlə məşğul olmaq üçün əlverişli zamandır. Kimlərinsə neqativ münasibətindən, tənqidlərindən çəkinməyin. Peşəkar fəaliyyət müstəvisində çoxdan bəri mövcud olan problemi həll etmək imkanları yaranıb.
Günün ikinci yarısında işlə bağlı məsələlərin həllində sizə yardım edəcək insanla tanış ola bilərsiniz.
Axşam saatlarına yaxın çətinliklər və problemlər artacaq. Xoşagəlməz məlumatlar, gözlənilməz gecikmələr, planlaşdırılmamış xərclər ola bilər. Əhvalınızı korlamayın. Xırda məsələlər və kiçik problemlərə görə bədbinliyə qapılmayın.
Oxatan - diqqətli olun. Yaşamın müxtəlif sahələrində ciddi problemlər yarana bilər. Asan və səthi həll variantları o qədər də doğru deyil. Şəxsi münasibətlərdə mümkün qədər sayıq olun. Situasiyanı təhlil edəndə ən xırda təfərrüatları, kiçik detalları nəzərə alın. Başqa günlərdə fikir verməyəcəyiniz xırdalıqları indi qulaqardına vurmayın.
Ayın əvvəlində tanış olduğunuz insanlardan biri günün ikinci yarısında sizə yardım edəcək. Dostlar və qohumlarla dil tapmağa çalışın. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.
Oğlaq - günün ilk yarısında yaranan kiçik çətinliklər sizi bədbinləşdirməsin. Bütün işlərin alt-üst olduğunu düşünməyin. Mənfi təmayüllərin təsiri çox çəkməyəcək. Saatlar keçdikcə vəziyyət düzələcək. Proseslərdə müsbət dəyişikliklər var.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləri normallaşdırmağa çalışın. Münaqişə və ya mübahisə etdiyiniz insanlarla əlaqələri bərpa edin. Yeni tanış dosta, işgüzar tərəfdaşa, tərəf-müqabilə çevrilə bilər. Hər şey sizdən asılıdır.
Axşam saatlarında idmanla məşğul ola bilərsiniz.
Dolça - yaranmış qeyri-müəyyən, ağır situasiyadan faydalanın. Peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizi möhkəmləndirmək, yaxşı gəlir əldə etmək imkanları var. İntriqalara meylli olmayın, başqasının etibarından sui-istifadə etməyin.
Vicdanlı və ədalətli olun. Düşünülməmiş addımlar atmayın.
Günün ikinci yarısı şəxsi münasibətlər baxımından əlverişli zamandır. Hisslər güclü, emosiyalar qarşılıqlı olacaq. Qarşılıqlı anlaşamaya nail olmaq çətin deyil. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Balıqlar - ortaq işgüzar maraqlarınızın olduğu insanlardan biri sizə təzyiq göstərmək istəyəcək. O, sizə sərfəli olmayan qərar verməyinizə nail olmağa çalışır. Sakitləşin. Emosiyalarınızın qaydaya düşməsi üçün zaman gərəkdir.
Başqalarının məsləhətlərini və mövqelərini qulaqardına vuraraq bildiyiniz kimi hərəkət edin.
Günün ikinci yarısında peşəkar fəaliyyət və kommersiya ilə bağlı məsələlərin həllini təxirə salmayın.
Axşam saatlarında romantik münasibətlər yetərincə harmonik olacaq. Bədbin təxəyyülünüzü gücləndirməyin. Hər şey yaxşı olacaq.
Milli.Az