Keniyada ilk dəfə olaraq neft tapılıb
27.3.2012

“Tullow Oil” İngiltərə-İrlandiya birgə şirkəti Keniyada neft yatağı kəşf edib. Bu barədə Keniyanın dövlət başçısı Mvai Kibaki bəyan edib.

Onun sözlərinə görə, neft yatağı Turkana vilayətində aşkarlanıb: “Bu, ölkənin tarixində ilk belə tapıntıdır”. Prezident “Tullow Oil”un Keniya ərazisində kəşfiyyat işlərini davam etdirəcəyini də vurğulayıb.

Qeyd edək ki, “Tullow Oil” bundan əvvəl Uqanda, Qana və Syerra-Leonedə də neft tapıb. Şirkət nümayəndələri Keniyada neftin proqnoz ehtiyatlarının həcmini açıqlamasa da, bu kəşfin onların gözləntilərini üstələdiyini qeyd ediblər.

                                                                                                                                          APA