Misirin nüfuzlu “Hurriyyət” jurnalında Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin “Bakının Misirə hədiyyəsi” başlığı altında məqaləsi dərc olunub.
Ölkəmizin Misirdəki səfirliyindən verilən məlumata görə, məqalədə Azərbaycanın Gəncə şəhərindən bəhs olunub.
Həmçinin Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin büstünün yaxın vaxtlarda Misirin İsgəndəriyyə kitabxanasında qoyulacağı barədə məlumatlar öz əksini tapıb.
Ş.Abdullayev Nizami Gəncəvinin büstünün məşhur İsgəndəriyyə kitabxanasında qoyulmasının Misir və Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsinin göstəricisi olduğunu bildirib.
gun.az