Türkiyəli məşhur aktrisa Burcu Kara həftəsonu Bakıda dincəlib.
Bu barədə aktrisa öz İnstagram hesabında məlumat verib.
Azərbaycana ilk dəfə gəldiyini deyən aktrisa Bakıya sadəcə gəzməyə gəlmədiyini bildirib.
“Bakıya təkcə gəzməyə gəlmədik. Gypsy Kings konserti gecəmizi şənləndirdi, Xəzərin sahilində əvvəl musiqiləri, sonra da söhbətləri ilə bizi feyziyab etdi. Mənim üçün ən yaxşı gün bu idi”, - deyə aktrisa yazıb.
Şəhəri gəzən aktrisa burada özünü rahat hiss etdiyini yazıb.
Gün.Az