Ünvanlı sosial yardımın müddəti iki ilə qədər artırıla bilər
17.9.2014

Azərbaycanda aztəminatlı ailələrə təyin olunan ünvanlı sosial yardımın müddəti 1 ildən 2 ilə qədər artırıla bilər. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, nazirlik tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, hər il demək olar ki, eyni ailələr ünvanlı sosial yardım alır.

“Aparılan araşdırmaların nəticələri artıq hökumətə göndərilib.Ümid edirik ki, hökumət tərəfindən bununla bağlı müsbət nəticə əldə olunacaq”, - deyə nazir vurğulayıb.

APA