Voleybol həyəcanı başlayır: Azərbaycan dünya çempionatı üçün heyətini açıqladı
17.9.2014

Azərbaycan millisinin dünya çempionatı üçün heyəti dəqiqləşdi.

Sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada baş tutacaq dünya çempionatında baş məşqçi Faiq Qarayev mundialda güvənəcəyi oyunçuları müəyyənləşdirib.

Qeyd edək ki, Azərbaycan millisi Yaponiya, Çin, Puerto-Riko, Belçika və Kuba ilə D qrupunda yer alıb. Hazırda İtaliyada olan yığmamız dünya çempionatının startına kimi İtaliya ilə 3 yoxlama matçı da keçirəcək.

Azərbaycan millisinin heyəti belədir:

Oksana Parxomenko, Kristina Yaqubova, Natəvan Qasımova, Kseniya Kovalenko, Ayşən Abduləzimova, Aynur Kərimova, Yelizaveta Səmədova, Anastasiya Qurbanova, Odina Əliyeva, Yelena Parxomenko, Polina Rəhimova, Yekaterina Jidkova, Yana Ağayeva, Ceyran Əliyeva, Oksana Kiselyova.

gun.az