Beynəlxalq festival çərçivəsində silsilə tədbirlər
17.9.2014

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək Bakıda Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqı dahi bəstəkara həsr olunmuş bəzi tədbirlər keçirməyi planlaşdırır.
Bəstəkarlar İttifaqının mətbuat xidmətindən bildirilib ki, sentyabrın 22-də qurumun Üzeyir Hacıbəyli adına konsert salonunda “Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində” mövzusunda elmi-praktik konfrans təşkil ediləcək. Konfransda xaricdən gəlmiş mütəxəssislərin iştirakı nəzərdə tutulur.
Sentyabrın 24-də isə həmin konsert salonunda “Trio-klassik” ansamblının konserti olacaq.

AzərTAc