Məşhur aktyor BMT-in sülhməramlı səfiri oldu
18.9.2014

Məşhur Hollivud aktyoru Leonardo Di Kaprio iqlimin dəyişməsi üzrə BMT-nin sülhməramlı səfiri elan edilib.

Bu haqda xəbəri BMT baş katibi Pan Ki Mun sentyabrın 16-də keçirilmiş mətbuat konfransında bildirib.

Di Kaprio sentyabrın 23-də Nyu-Yorkda BMT sammitində iqlim dəyişməsi haqda ilk dəfə çıxış edəcək. Pan Ki Munun forum çərçivəsində dövlətlərin atmosferə buraxdığı parnik qaz tullantılarının həcminin azalacağını gözləyir.

Di Kaprio 1998-ci ildə vəhşi təbiətin qorunması, insan və ətraf mühit arasındakı harmonik əlaqənin yaradılması üzrə fondun əsasını qoyub.

publika.az