Ən böyük, ən iyrənc gül açıldı
27.3.2012

Almaniyada dünyanın ən böyük və ən iyrənc qoxulu gülü açılıb.Bu gülün hündürlüyü 2 metr, soğancığının ağırlığı isə 21 kiloqramdır. "Nəhəng amorfofallus" adlanan gül 10-15 ildən bir açılır və cəmi 3 gün ləçəkləri açıq vəziyyətdə qalır.

Gül açılanda ətrafa çürüyən balıq və leş qoxuları yayılır. Alimlər bu çiçəyi İndoneziyanın Sumarta adasında XVII əsrdə tapmışdılar.

Kil şəhərindəki Nəbatat Bağında saxlanan bu çiçək o vaxtdan bəri cəmi 14 dəfə açılıb.
Bu bitkinin çiçək açdığı dövr çox qısa olduğundan, o, mümkün qədər çox həşərat cəlb etmək üçün kilometrlərlə ətrafa kəsif qoxu saçır.

                                                                                                                                  Milli.az