Lənkəranda 4,5 bal gücündə zəlzələ olub
19.9.2014

Lənkəranda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verilən xəbərə görə, 17 km dərinlikdə, maqnitudası 4,5 olan yeraltı təkanlar yerli vaxtla saat 03:29:11-də Lənkəran şəhərindən 18 km qərbdə Lənkəran rayonu ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 4 bala yaxın, yaşayış məntəqələrində isə 3,4 bala qədər hiss olunub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

APA