Günün ulduz falı
27.3.2012

Qoç - İşdə ciddi problemlər yarana bilər. Mövqeləriniz elə də möhkəm deyil, istənilən bədxahınız çətinlik çəkmədən sizə ciddi zərbə vura bilər. Ən sadə işlərdə də səhvlər edirsiniz və bunları peşəkar gələcəyinizin birbaşa asılı olduğu insanlar dərhal görürlər.
Şəxsi həyatınızda dəyişiklik etmək yanğısı sizi düşünülməmiş hərəkətlərə təhrik edir. Məhz bu səbəbdən hətta özünüzün də sonunun olmayacağını gördüyünüz münasibətlərə başlayırsınız. Mənfi tendensiyaların təsirindən qaçmaq olar, bunun üçün diqqətli və ehtiyatlı olmaq, risklərdən imtina etmək və ağıllı birinə güvənmək lazımdlır.

Buğa - Mürəkkəb, gərgin, təzadlı gündür. Xoşbəxtlikdən, enerjiniz çoxdur, çətinliklərlə və bədxahlarınızla vuruşmaq üçün kifayət qədər qüvvəniz var. Üstəlik, ağlınıza güvənir və tez-tez düşmənlərinizi çaş-baş salan üsullardan istifadə edirsiniz.
Yaxınlarınızla münasibət isə çox pisdir. Aşiq Buğaların işi isə lap çətindir: şəbhələr, qısqınclıq onların ürəyini didir. Şəxsi məsələlərin həllində ötəri istəklərinizin, təsadüfi arzularınızın təsiri altında hərəkət edirsiniz - çox nahaq!

Əkizlər - Sizin üçün bu gün hansısa xoş, amma elə də ciddi olmayan münasibətlərin başlanması ilə əlamətdardır. Yeni tanışlıq romantikliyi ilə deyil, iş baxımından sərfəliliyi ilə seçiləcək. İdeyalarınızı, yaradıcı planlarınızı tezliklə həyata keçirmək istəyirsiniz. İstənilən, hətta çox əhəmiyyətsiz bir işi az qala ayin səviyyəsinə qaldırırsınız.
Günün ikinci yarısı insanların çox olduğu yerlərə gedə bilərsiniz. Orada həm özünüzə diqqət cəlb edə, həm də vacib bir informasiya, yaxud da maraqlı təklif ala bilərsiniz.

Xərçəng - Sizə elə gəlir ki, qarşınızda yaxşı perspektivlər açılır. Əlbəttə, həm maraqlı təkliflər alırsınız, həm yeni ortaqlar peyda olurlar, həm öz planlarınızı təyin edirsiniz. Amma daha diqqətlə baxdıqda, analiz etdikdə tamam başqa mənzərə görəcəksiniz.
Çox güclü iradəsi və anlaşılmayan məqsədləri olan bir adam sizinlə köməksiz gəlincik, yaxud xırda bir uşaq kimi oynayır, idarə edir. Müqavimət göstərin. Sizin doğru olmayan öz qərarınız, sizə aşılanan düzgün olan qərardan yaxşıdır. Maliyyə vəziyyətinizlə oynamayın, itkiləriniz ola bilər.

Şir - Qayğı və problemlərlə dolu gündür. Ciddi çətinliklərdən qorunmağın bir yolu var - adət etdiyiniz taktikadan əl çəkib, yenisini tətbiq edin. Bəli, improvizə, eksperiment, risk etməli olacaqsınız, amma belədə, mənfi tendensiyaların qarşısını ala, düşmənlərinizdən qurtula bilərsiniz.
Şəxsi münasibətləriniz də gərgindir. Yaxın adamlarınıza inanmır, onlardan şübhələnir və fikirləşirsiniz ki, onlar səmimi deyillər. Qeyd etmək lazımdır ki, siz heç də yanılmırsınız.

Qız - Çətin gündür. Müxtəlif problemlər, gözləntilərinizin doğrulmaması mümkündür. Bir neçə məsələni eyni zamanda həll etmək istəyir, amma heç birinin öhdəsindən gələ bilmirsiniz. Bu, ətrafınızdakıları güldürür, sizi isə əsəbləşdirir.
Ailədə münaqişələr mümkündür. Münasibətləri düzəltməyə nə qədər səy göstərsəniz də, nəticəsi yalnız «silahlı» sülh olacaq. Yalnız axşama doğru gərginlik çəkiləcək, əhvalınız da düzələcək.

Tərəzi - Düşünülməmiş hərəkətlərinizin bol olduğu gündür. Çox vaxt hətta özünüz də bilmirsiniz ki, bu və ya digər hərəkəti niyə etdiniz. Sadəcə, nəsə etmək istəyirsiniz, amma nə? - Bax bu, maraqlıdır. Hər tərəfdən səslənən məsləhətlərə elə də inanmayın: çox güman ki, ətrafınızdakılar bunu sizi çox istədiklərindən etmirlər.
Günün emosional fonu qeyri-sabitdir. Səhər çağı əsəbi olacaq, tez-tez özünüzdən çıxacaqsınız. Axşam isə əhvalınız düzələcək, səbəbsiz yerə sevinəcək və ətrafınızdakıların da başını qata biləcəksiniz.

Əqrəb - Tənbəl olmayın. Əgər bu gün işə köklənə bilsəniz, o zaman yaxın günlərdə öz zəhmətinizin bol bəhrəsini görərsiniz. Nəinki rəqiblərinizi qabaqlaya, hətta onları tərksilah edə bilərsiniz. Çünki elə üsullardan istifadə edirsiniz ki, kimsə buna qarşı heç nə qoya bilmir. Maliyyə vəziyyətiniz yaxşıdır.
Cazibədarsınız və insanlarla asan dil tapırsınız. Amma sizin rəğbətinizi qazanmaq elə də asan deyil. Ünsiyyətlərə diqqət lap yerinə düşür, məhz ona görə şərəfsiz və ləyaqətsiz insanlarla yaxınlaşmaqdan özünüzü qoruyursunuz.

Oxatan - Heç kimə inanmır və maraqlarınızı hər kəsdən müdafiə edirsiniz, hətta yaxın adamlarınızdan belə. Bu arada, sonuncuların heç sizə hücum etmək fikirləri də yoxdur. Sizin tikanlılığınız və özünüzə qapılmağınız isə onları çox kədərləndirir. Problem və fikir ayrılıqlarından qaçmaq istəyirsinizsə, bir qədər yumşaq olun.
Əgər vacib işləriniz varsa, çalışın, günün birinci yarısında onları həll edəsiniz. Çünki axşama doğru enerjiniz azala, özünüzü pis hiss edə bilərsiniz. Alkoqoldan imtina edin. Ekzotik xörəklərin dadına baxmaq məsləhət deyil, zəhərlənmək ehtimalı yüksəkdir.

Oğlaq - Çox enerjilisiniz. Bəzi Oğlaqlar isə hiperaktivdirlər. Bu səbəbdən sağlam düşüncəniz sanki küncə qısılıb, aqressiv hərəkətlər etmək meyli isə qəfildən artıb. Belə Oğlaqların peyda olduğu hər yerdə dərhal münaqişə yaranır. Bu gün lüğətinizdən «güzəşt» sözünü silmisiniz.
Aktivlik tələb edən fəaliyyət sahəsinə daha çox diqqət ayırın. Əgər bu gün dağları yerindən oynatmaq, yaxud dünyanı tərsinə çevirmək fikrindəsinizsə, nə durmusunuz? Sərfəli sövdələr, uğurlu alış-veriş mümkündür.

Dolça - Mürəkkəb gündür, istənilən məsələyə ciddi yanaşma tələb olunur. Azacıq nəzarəti azaltdınızmı, işlər tamamilə cızıqdan çıxacaq və nəyisə düzəltmək artıq gec olacaq. Kömək gözlədiyiniz insanlar sizin tərəfinizdə deyillər, odur ki, tək fəaliyyət göstərməli olacaqsınız.
Günün ikinci yarısı daha uğurlu olacaq. Günün mürəkkəb ritminə alışacaq, yaranan məsələləri necə həll etməyin yolunu tapacaqsınız. Yaxınınız sizə sürpriz edəcək. Axşam ailə tədbirləri üçün münasibdir.

Balıqlar - Nikbinliyinizə söz ola bilməz! Sevinmək üçün xeyli bəhanə tapır və əzizlərinizin kefini qaldırmaq üçün gücünüzü əsirgəmirsiniz. İstənilən birgə layihə üçün uğurlu gündür. Ev tikməyə başlaya, yaxud da dünyanın o biri ucuna səyahət planlaşdıra bilərsiniz.
Uzaq qohumlarınızla xırda fikir ayrılıqları mümkündür. Amma özünüzün haqlı olduğunuza inamınızı kimsə sarsıda bilməyəcək və opponentləriniz susmalı olacaqlar. İstənilən alış-veriş üçün gün uğurludur, xüsusilə mebel, yaxud interyer üçün əşyalar almaq məsləhətlidir.

Milli.Az