Böyük Britaniyada Lester Universitetinin arxeoloqları 700 il bundan öncə bir yerdə basdırılan cütlüyü tapanda çox təsirləniblər.
Arxeoloqlar biri-birindən doymayan cütlüyün skeletlərini aşkarlayanda onların ölərkən əl-ələ tutduqlarını və bunun da onların sevgisinin təcəssümü olduğunu düşünürlər.
Arxeoloqlar bildirir ki, bu bölgədə onlar ilk dəfə deyil ki, iki insanın bir yerdə basdırıldığına şahid olurlar. Lakin belə əl-ələ tutan cütlüyü ilk dəfədir görürlər. Burada yatan qadın və kişi 700 il bundan əvvəl həyatlarını itiriblər və 14-cü əsrin insanlarıdırlar.
Skeletlər İngiltərənin Hallaton mahalının Morrel adlanan bölgəsində aşkarlanıb. Bura Fransa Yepiskopunun şərəfinə adlandırılıb və 2 min ilə yaxındır ki, ibadətgah kimi fəaliyyət göstərir. İbadətgahın niyə belə status aldığı tam məlum deyil, lakin inanclı insanlar bu günə kimi şəfa tapmaq niyyəti ilə bu ibadətgaha müraciət edir.
İbadətgahın nə dərəcədə məhz bu cütlüyə xeyri dəydiyi bilinməsə də, onları bu cür son yuxuya getmələri ilə dünyanın ən sevən skeletləri adlandırmaq olar.