Axtarış
Başqa şəhərlərdə
Riyaziyyat müəllimi Sebastyan Baskules 5,18 metr uzunluqda nəhəng anakonda ilanını tutub.İlan S.Baskulesin dostunun itini boğaraq udmuşdu. Bu olaydan sonra ilanı arayan dostlar onu malikanənin yaxınlığındakı çayda görüblər39 yaşlı Sebastyan ilana yaxınlaşaraq onu tutub və bu zaman dostuna "Quyruğundan yapış ki, mənə sarılıb boğmasın!" qışqırıb.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dostlar ilanı tutandan sonra onu Sebastyanın evindəki vanna otağına salıblar. Ertəsi günsə ilan maşına qoyulub və malikanədən 6 km aralıya, meşəliyə aparılaraq azadlığa buraxılıb.Olay Fransa Qvianasındakı Matori şəhərinin yaxınlığında baş verib. "Dostum mənə zəng vuraraq dedi ki, köpəyi Minusu ilan udub. Biz də o ilanı ovlamaq qərarına gəldik. İstəyimizə çatdıq. Çox böyük ilandı, 80 kq ağırlığında idi", - Sebastyan Baskules deyib. Onun sözlərinə görə, anakondanı tutandan sonra övladları - 11 yaşlı Noam, 8 yaşlı Solal və 5 yaşlı Mano ilanın yanında oynayaraq fotolar çəkdiriblər.Milli.az
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.