Bakıda “QAFQAZMEDİA” İB-nin təsis etdiyi “MUSİCAL FİRES OF BAKU” festivalı keçirilib. Festivalda bir çox incəsənət xadimləri ilə bərabər ictimai xadimlər də iştirak edirdilər.
Festivalı giriş sözü ilə açan “QAFQAZMEDİA” İB-nin sədri Hacı Azadə Taleh Abbasqızı bildirib ki, artıq ikinci ildir ki, “MUSİCAL FİRES of BAKU” festivalı keçirilir.
“Bu dəfə festivalı tam fərqli etmək qərarına gəldik. Belə ki, bu dəfə müğənnilərlə yanaşı incəsənət xadimləri də mükafatlandırılacaq”.
Münsiflər heyəti eləcə də, qonaqlar ifaçıları qiymətləndiriblər. Münsiflər arasında A.Taleh Abbasqızı, bəstəkar İmruzə Hüseynova, rejissor Elnur Əliyev,əməkdar artistlər Nahidə Orucova və Nuriyyə Hüseynova, müğənni-bəstəkar Nurlan Əzizbəyli, ictimai xadim Zeynəb Süleymanova, Türkiyədən gəlmiş şair-bəstəkar Ümit Çomak çıxış edən müğənnilər arasında qiymətləndirmə aparıblar.
Müğənnilərdən “Kristal”qrupu, Arif Səlimov, əməkdar artist Zaur Əmiraslanov, Səbuhi Əliyev, Fərid Quliyev, Zaur Yusiflı, Lalə Tağıyeva, Nurlan Əzizbəyli, Günay Bəylərqızı, bəstəkar Tural Bakuvi və başqaları, “Birailəmvar”,”Həyat,sən nə qəribəsən” ,”Taksi parkı” serialları, prodüserlər Təranə Səmədova, Sayqa Cahid, Mədinə Məlik xüsusi mükafat alıblar.
Gecəyə daha rəngarənglik qatan Elnar Xəlilovun “Birailəmvar” serialı üçün oxuduğu soundtrack olub.
Tədbirdə Ozan MVV production, Ra production və Brand in Baku xüsusi mükafatlara sahib olublar.
Münsiflər isə tədbirin sonunda fəxri diplomlarla təltif olunublar.
Bildirək ki, gecənin informasiya dəstəyi “Gün.az” xəbər saytına aiddir.
Gün.Az