Kaliforniyanın MakKerriher Milli Parkında dünyada yeganə olan füsünkar şüşəli çimərlik yerləşir.
XX əsrin birinci yarısında çimərliyin yerləşdiyi ərazi zibillik olub.
Yerli sakinlər bura məişət tullantıları, köhnə məişət texnikası, avtomobil və şüşə atırlarmış. Ötən yüzilliyin 60-cı illərində zibillik bağlanıb. Adətən zibilin təbiətə ziyan vurduğu bir halda burada tam əksi olub. Bir neçə onillik ərzində buradakı zibillikdən əsər-əlamət qalmayıb. Dalğalar sahilə atılmış xırda şüşə parçalarını tədricən cilalayıb və bütün çimərlik milyardlarla rəngarəng və yarımşəffaf şüşə qırıntılarına bürünüb. Bu səbəbdən də ora Qlass-Biç, yəni Şüşəli çimərlik adı verilib.


Gün.Az