Birləşmiş Ərəb Əmirliklərindən Bakıya birbaşa aviareys açılır
22.9.2014

Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” milli aviaşirkəti Abu-Dabi-Bakı istiqamətində birbaşa aviareys açır.

Aviareyslər Bakı, o cümlədən Gürcüstanın paytaxtı Tiflis və Dər-üs-Salam (Tanzaniya) şəhərlərinə də yerinə yetiriləcək.

Qeyd edək ki, Abu-Dabi-Bakı marşrutu üzrə uçuşlar 2015-ci ilin 1 oktyabr tarixindən “Airbus A320” təyyarələrində həftədə 4 dəfə həyata keçiriləcək.

Aviaşirkətin məlumatında qeyd edilib ki, növbəti ildə Cənubi Qafqaz regionu şirkətin əsas diqqət mərkəzində olacaq.

APA