Qara dəniz regionunda turizmin inkişafına dair Beynəlxalq konfrans keçiriləcəkdir
26.8.2011

Oktyabrın 26-dan 28-dək Rusiya Federasiyasının Krasnodar diyarının Gelencik şəhərində “Qara dəniz regionunda turizm və istirahət infrastrukturunun inkişafı” mövzusunda Beynəlxalq konfrans keçiriləcəkdir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iştirakı ilə keçiriləcək Beynəlxalq konfransda Azərbaycanı bu qurumun direktoru Zakir Əliyev təmsil edəcəkdir.
Konfransda Bakı Turizm İnformasiya Mərkəzi direktorunun Azərbaycanın turizm və investisiya imkanları, respublikada turist marşrutlarının perspektivi və vəziyyəti mövzusunda çıxışı planlaşdırılır.