2014-cü il hələ başa çatmamış Viktoriya Bekhem 2015-ci ilin yaz-yay kolleksiyasını hazırlayıb.
Bekhem Londonda yeni bir mağaza açmağa hazırlaşır.
Kolleksiya Nyu-York moda həftəsində təqdim edilib. Bekhemin əl işini izləyənlər arasında həyat yoldaşı, futbolçu Devid Bekhem də olub.
Dünyanın ən cazibədar xanımlarından birinin kolleksiyasında eyni tonda olan rənglər üstünlük təşkil edir. O, dəri kəmərlər, yumşaq rənglər və çiçək detallar ilə kişilərə xas olan geyimləri də qadınlara uyğunlaşdırıb.
Kolleksiyada bej, ağ, qara, zoğalı rənglər, çiçək detallı geyimlər üstünlük təşkil edib. Geyimlər qalın kəmərlər, böyük ciblər, düymələrlə bəzədilib.
Bəzi geyimlər isə hərbi formaları xatırladıb. Lakin çiçək detallar geyimlərdə təzadlar yaradıb. Nəticədə həm incə, həm də diqqət cəlb edən kolleksiya ortaya çıxıb.
Bekhemin çantaları isə adətən bir tipdə olub. Modelyer xanım dörd künc çantalara üstünlük verib.
İddialı bir kolleksiya hazırlayan V. Bekhem bu kolleksiyası ilə gələn yaz çox diqqət çəkəcək.






ANS PRESS