Azərbaycanda DVB-T standartlı rəqəmli televiziya yayım şəbəkəsi genişləndirilir
22.9.2014

Respublika ərazisində DVB-T standartlı rəqəmli televiziya yayım şəbəkəsinin genişləndirilməsi məqsədilə daha 15 vericinin quraşdırılması başa çatdırılıb.
“Teleradio” İstehsalat Birliyindən verilən məlumata görə, vericilər Şamaxı, Quba, Göygöl, Tovuz, Gədəbəy, Daşkəsən, Qazax, İsmayıllı, Yardımlı və digər rayonların kəndlərində quraşdırılıb.
Birlik nəzərdə tutulan digər ərazilərin də DVB-T yayımı ilə təmin olunması üzrə işləri davam etdirir.

AzərTAc