Noyabrın 4-8-də Moskvada “Nurlu mələk” XI beynəlxalq xeyriyyə kinofestivalının müsabiqə tamaşaları olacaq.
Festival Sosial-mədəni təşəbbüslər Fondunun prezidenti, Rusiya Federasiyası hökumətinin baş nazirinin xanımı Svetlana Medvedevanın himayəçiliyi, Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilin mənəvi dəstəyi ilə keçirilir.
Kinofestivalın təşkilatçıları Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, rejissor, rəssam Firəngiz Qurbanovanın istedadını və beynəlxalq animasiya cəmiyyətindəki nüfuzunu, misilsiz peşə təcrübəsini nəzərə alaraq, onu kinofestivalda Azərbaycanı təmsil etməyə dəvət ediblər.
Gün.Az