Metroda tibb məntəqələri yaradılacaq
23.9.2014

Bakı Metropolitenində həkim personalının xidmət göstərəcəyi tibb məntəqələrinin yaradılması ilə bağlı müvafiq qurumlarla danışıqlar aparılır. Bununla bağlı Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Şöbə rəisinin sözlərinə görə, hazırda Bakı Metropolitenində bir neçə stansiyada tibbi xidmət otaqları olsa da, onlar sərnişinlər üçün yox, metronun öz işçiləri, xüsusən də maşinistlər üçün nəzərdə tutulub: “Bakı Metropolitenində tibb məntəqələri yoxdur, lakin bir neçə stansiyada tibbi xidmət otağı, ilkin tibbi yardım üçün nəzərdə tutulan ləvazimat və dərmanlar var. Lakin onlar Metropoliten işçiləri, əsasən da maşinistlər üçün nəzərdə tutulub. Sərnişinlər üçün isə tibb məntəqəsi və ya onlara tibbi yardım göstərəcək ayrıca personal yoxdur. Lakin bununla bağlı planlarımız var və müvafiq qurumlarda danışıqlar aparıb stansiyalarda tibbi personalın olduğu məntəqələr yaratmağa çalışırıq”.

N.Paşayev qeyd edib ki, zəruri ehtiyac yarandıqda sərnişinlərə ilkin tibbi yardım metronun əməkdaşları tərəfindən göstərilir, eyni zamanda, təcili yardım stansiyasına məlumat verilir: “Hələ elə bir hal olmayıb ki, bizdə tibbi yardıma ehtiyac olan şəxsə ilkin tibbi yardım göstərilməsin. İlkin tibbi xidmətdən sonra ehtiyac yaranarsa, dərhal təcili yardım stansiyasına xəbər verilir. İndiyədək çağırılan təcil tibbi yardım briqadalarının gecikməsinin də şahidi olmamışıq. Çünki demək olar ki, metronun bütün stansiyaları ətrafında təcili yardım maşınları olur və onlar da tez, vaxtında çatırlar. Təbii ki, burada söhbət insan həyatından və dərhal tibbi müdaxilədən gedirsə, biz də istəyirik ki, Metropolitenin özündə sərnişinlərə zəruri hallarda təcili tibbi yardım göstərən konkret tibbi personal olsun. Bundan əlavə, hazırda Metrpolitenin stansiyalarının, eləcə də işçilərinin sayı artır. Ona görə də bu gün Metropolitendə buna ehtiyac var”.

publika.az