Cənubi Koreyada keçirilən XVII Asiya Oyunları inanılmaz olayla yadda qalıb.
Sentyabrın 19-dan oktyabrın 4-dək davam edəcək yarışda Yaponiyanın qadın həndbolçuları tarixi zəfərlə yeni rekord müəyyənləşdiriblər.
Belə ki, Maldiv adalarının yığması ilə qarşılaşan yaponiyalılar rəqibi 79:0 (!) hesabı ilə məğlub ediblər. Onlar ilk hissəni 40:0 hesabı ilə xeyrinə bitiriblər ki, bu yarıda da rəqib qapıçı Əhməd Nehidha bir topu belə qaytara bilməyib.
Bu azmış kimi, 0:79 hesablı məğlubiyyətdən sonra Maldiv adalarının baş məşqçisi Abdulla Səlim yetirmələrinə haqq qazandırıb:
“Fiziki cəhətdən yaxşı vəziyyətdə deyildik və bir neçə zədəlimiz vardı”.
Gün.Az