Məşhur müğənni “Sarı gəlin”i oxudu - VİDEO
24.9.2014

Azərbaycan əsilli məşhur müğənni Sami Yusufun yeni albomu işıq üzü görüb.

Albomda Azərbaycan xalq mahnısı “Sarı gəlin”də yer alıb. Mahnı ingilis və Azərbaycan dilində səsləndirilib. Müğənni xalq mahnısına klip də çəkdirib. Klip sosial şəbəkədə bu gün təqdim olunub.

Xatırladaq ki, Sami Yusuf əslən azərbaycanlıdır. 1980-ci ildə İranın paytaxtı Tehranda azərbaycanlı ailəsində dünyaya gəlib. 3 yaşında ikən ailəsi ilə birlikdə İngiltərənin paytaxtı Londona köçüb.

Video

oxu.az