Naftalan şəhərində beynəlxalq standartlara uyğun yeni Avtovağzal Otel Kompleksi tikilir.
Şəhərin İcra Hakimiyyətində verilən məlumata görə, 10 mərtəbəli, 42 otaqdan ibarət binada avtovağzal kompleksi, ticarət mərkəzləri, otel nömrələri, administrativ ofis hissə, geniş restoran və mətbəx fəaliyyət göstərəcək.
Avtovağzal kompleksinə holl, kassalar, kafe, saxlama kameraları, dükan və sanuzellər daxildir. Restoran və mətbəx II mərtəbədə yerləşəcək, otel nömrələri III mərtəbədən başlayacaqdır.
Qeyd edək ki, tikinti işlərinə 2014-cü ilin may ayında başlanılıb.
Oxu.az