Balakəndə “Balakən payızı” Folklor və Turizm Festivalı keçiriləcək.
Balakən rayon İcra Hakimiyyəti (İH) aparatından Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları Proqramı” çərçivəsində 2014-cü ildə “Balakən Azərbaycanın Folklor Paytaxtı” elan edilib. Festival sentyabrın 25-26-da baş tutacaq.
Festivala Türkiyə, Dağıstan, Gürcüstan, Qazaxıstan, Moldovadan nümayəndələr və kollektivlər iştirak edəcək. Festivala Ağdam, İsmayıllı, Masallı, Şəki, Qax, Zaqatala rayonlarının folklor kollektivləri də qatılacaq.
APA