Sahibsiz heyvanlar üçün qida avtomatları - Fotolar
24.9.2014

Türkiyənin “Pugedon” şirkəti plastik şüşələrin yığımı üçün xüsusi avtomatlar hazırlayıb.

İstanbul küçələrində quraşdırılan bu avtomatlar həm də sahibsiz heyvanlar üçün nəzərdə tutulub.

Belə ki, şəhər sakinləri ağıllı avtomata plastik şüşə atdıqda, o xüsusi hazırlanmış yerə sahibsiz heyvanlar üçün kiçik porsiyada yemək tökür.

Sadəcə əla ideyadır, həm heyvanlar tox olur, həm də küçələr təmiz.

Gün.Az