"Bakı 2015 Avropa Oyunları" ilə Azərbaycan Hava Yolları arasında müqavilə imzalandı.
Bu münasibətlə keçirilən tədbirdə qeyd edilib ki, bu müqavilə Avropa Oyunları barədə beynəlxalq səviyyədə insanların məlumatlılığının artırılmasına xidmət edəcək. Azərbaycan Hava Yolları bu saziş əsasında "Bakı 2015"in brendini daşıyacaq və həmçinin, ölkəyə uçuşlar zamanı təqdim edilən filmlərdə və jurnallarda Oyunlar barədə təsvirlər verəcək.
Gənclər və idman naziri, eyni zamanda, "Bakı 2015 Avropa Oyunları" Əməliyyat Komitəsinin Baş İcraçı direetoru Azad Rəhimov imzalanan müqavilə barədə danışıb və deyib ki, Azərbaycan Hava Yolları Avropa Oyunlarının dünyanın hər yerində nəzərə çarpmasında böyük kömək edəcək.
Nazir bildirib ki, müqaviləyə əsasən hər il 1,7 milyon sərnişin daşıyan və dünyanın 38 ölkəsində xidmət göstərən bu şirkət gələn il Avropa Oyunları ilə bağlı olaraq Bakıya gündəlik uçuşların sayını artıracaq:
"Bizim üçün bu saziş çox mühümdür. Azərbaycan Hava Yolları idmançıların rahat uçuşlarını təmin edəcək. Hər kəs bu uçuşlardan zövq alacaq". "Bakı 2015 Avropa Oyunları"nın Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq müaavilə öz fikirlərini bildirib.
O deyib ki, xidmətinin səviyyəsinə görə beynəlxalq səviyyədə tanınmış Azərbaycan Hava Yolları "Bakı 2015"in və bizim mövcud sponsorluq proqramımızın işinə təkan vermək üçün ən uyğun şirkətdir. Biz bu müqavilənin imzlaanmasından məmnunuq". Azərbaycan Hava Yollarının 1-ci vitse prezidenti Sabir İlyasov da çıxış edərək bildirib ki, rəsmi tərəfdaş kimi Avropa Oyunlarına qoşulmaq və "Bakı 2015" brendini dünyaya çatdırmaq qürurvericidir.
"Bakı 2015 Avropa Oyunları" ilə Azərbaycan Hava Yolları arasında müqavilə imzalandı.
Gün.Az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə qeyd edilib ki, bu müqavilə Avropa Oyunları barədə beynəlxalq səviyyədə insanların məlumatlılığının artırılmasına xidmət edəcək. Azərbaycan Hava Yolları bu saziş əsasında "Bakı 2015"in brendini daşıyacaq və həmçinin, ölkəyə uçuşlar zamanı təqdim edilən filmlərdə və jurnallarda Oyunlar barədə təsvirlər verəcək.
Gənclər və idman naziri, eyni zamanda, "Bakı 2015 Avropa Oyunları" Əməliyyat Komitəsinin Baş İcraçı direetoru Azad Rəhimov imzalanan müqavilə barədə danışıb və deyib ki, Azərbaycan Hava Yolları Avropa Oyunlarının dünyanın hər yerində nəzərə çarpmasında böyük kömək edəcək.
Nazir bildirib ki, müqaviləyə əsasən hər il 1,7 milyon sərnişin daşıyan və dünyanın 38 ölkəsində xidmət göstərən bu şirkət gələn il Avropa Oyunları ilə bağlı olaraq Bakıya gündəlik uçuşların sayını artıracaq:
"Bizim üçün bu saziş çox mühümdür. Azərbaycan Hava Yolları idmançıların rahat uçuşlarını təmin edəcək. Hər kəs bu uçuşlardan zövq alacaq". "Bakı 2015 Avropa Oyunları"nın Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq müaavilə öz fikirlərini bildirib.
O deyib ki, xidmətinin səviyyəsinə görə beynəlxalq səviyyədə tanınmış Azərbaycan Hava Yolları "Bakı 2015"in və bizim mövcud sponsorluq proqramımızın işinə təkan vermək üçün ən uyğun şirkətdir. Biz bu müqavilənin imzlaanmasından məmnunuq". Azərbaycan Hava Yollarının 1-ci vitse prezidenti Sabir İlyasov da çıxış edərək bildirib ki, rəsmi tərəfdaş kimi Avropa Oyunlarına qoşulmaq və "Bakı 2015" brendini dünyaya çatdırmaq qürurvericidir.
Qeyd edək ki, bundan öncə "P&G", "Tissot", "BP", "Nar Mobile" və ARDNŞ "Bakı 2015"in rəsmi tərəfdaşları olmuşdu. Azərbaycan Hava Yolları 6-cı rəsmi tərəfdaş kimi Avropa Oyunlarına qoşuldu.
gun.az