Süpürgəçi bir gecəyə milyonçu oldu
24.9.2014

Britaniyada süpürgəçi işləyən 2 yaşlı Cozef Uaytinq “Lotto” lotoreyasında 4,57 milyon avro qazanıb.

Anası ilə Londonda qalan üç uşaq atası bir lotoreya bileti alıb.

Uaytinq biletinin udması barədə növbəti gün, səhər saat 4-də növbəyə hazırlaşarkən xəbər tutub.

“Yuxudan oyandım, nömrəmi yoxladım və altı rəqəmin hamısı var idi. Buna inana bilmirdim. Eynəyimi taxdım və bir neçə dəfə yoxladım”, – deyə Uaytinq bildirib.

Gün.Az