Bu gün Bakıdan Nyu-Yorka uçuşlar başladı
24.9.2014

“Azərbaycan Hava Yolları” Bakı - Nyu-York - Bakı üzrə birbaşa uçuşlara başlayıb.
Təyyarə Bakıdan yerli vaxtla bu gün səhər saat 6-da havaya qalxıb, Nyu-York vaxtı ilə saat 9.30-da yerə enəcək.

Nyu-York şəhərinin Kennedi Hava Limanına reyslər hər həftə çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Əks istiqamətdə uçuşlar həftənin eyni günlərində saat 11.30-da həyata keçiriləcək.

Təyyarə Bakıda isə növbəti gün saat 08:00-da yerə enəcək.

Aviareyslər uzaqməsafəli istiqamətlərdə uçuşlar üçün nəzərdə tutulmuş müasir “Airbus-A 340” tipli hava gəmiləri ilə yerinə yetirilir. Bu hava gəmiləri ən yüksək təhlükəsizlik tələblərinə cavab verir.

gun.az